Beynəlxalq Valyuta Fondu (BVF) qlobal neft qiymətlərinin 2024-cü ildə 2,3%, 2025-ci ildə isə 4,8% azalacağını proqnozlaşdırır.
Bu barədə BVF-dan xəbər verilib.
Hesabata əsasən, 2023-cü ildə neftin qiyməti 16% azaldıqdan sonra növbəti iki ildə müvafiq olaraq 2,3% və 4,8% azalacaq.
BVF 2024-cü ildə neftin orta qiymətinin bir barel üçün 79,1 dollar, 2025-ci ildə isə 75,31 dollar olacağını proqnozlaşdırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !