Böyük Bakıya 140 milyard investisiya qoyulacaq

22:18 | 19.05.2014
Böyük Bakıya 140 milyard investisiya qoyulacaq

Böyük Bakıya 140 milyard investisiya qoyulacaq

Bu vəsait nəyə və hansı həcmdə sərf ediləcək?

Böyük Bakının Regional İnkişaf Planının realizəsinə qoyulan investisiya bütün sərmayənin 46 faizindən çox olmayacaq.

Oxu.Az Abc.az-a istinadən Böyük Bakının Regional İnkişaf Planına müvafiq olaraq, 2030-cu ilə qədər dövlət aqlomerasiyaya 66,139 milyard manat sərmayə qoyacaq (ümumi xərcin 47,38%-i).

2,999 milyard manat (2,15%) xarici kredit və qrantlardan, 38,066 milyard manat (27,27%) – müəssisə və təşkilatlardan, 9,272 milyard manat (6,64%) – xarici investorlardan və 23,121 milyard manat (16,56%) yerli investorlardan daxil olacaq.

Planın realizəsi üçün ümumi məbləğ 139,597 milyard manatdan ibarət olacaq.

Bununla yanaşı, sosial layihələrə 40,809 milyard manat, şəhərin sıxlığının aradan qaldırılması ilə əlaqədar layihələrə 2,739 milyard manat, idman, istirahət və turizm – 10,728 milyard manat, kommunikasiya infrastrukturunun yaradılması üçün 19,505 milyard manat sərmayə qoyulacaq. Nəqliyyat infrastrukturuna 11,435 milyard manat, ekoloji layihələrə – 10,981 milyard manat, biznes-layihələrə – 43,4 milyard manat sərmayə tələb edilir.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM