Böyük Britaniyanın Azərbaycandakı səfirliyi İstanbulda qarlı hava şəraiti ilə əlaqədar bir sıra aviareyslərin ləğv olunduğu və vizaların verilməsi ilə bağlı gecikmələrin yarandığı barədə məlumat yayıb.
APA-nın səfirliyin "Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, viza müraciətlərinin qəbulu və ya vizaların verilməsində müəyyən yubanmalar yarana bilər.
Qeyd olunur ki, hazırda Azərbaycan vətəndaşlarına vizaların verilməsi ilə bağlı məsələlərə İstanbulda yerləşən prosessinq mərkəzində baxılır. Səfirlik vizaların verilməsi ilə əlaqədar yenilikləri "ge2tr.tpcontact.co.uk” saytından izləməyi tövsiyə edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !