Böyük Britaniyanın ticarət nümayəndəsi: "Siz bir millət kimi qərar verməlisiniz" - MÜSAHİBƏ+FOTOLAR

16:25 | 25.11.2013
Böyük Britaniyanın ticarət nümayəndəsi: "Siz bir millət kimi qərar verməlisiniz" - MÜSAHİBƏ+FOTOLAR

Böyük Britaniyanın ticarət nümayəndəsi: "Siz bir millət kimi qərar verməlisiniz" - MÜSAHİBƏ+FOTOLAR

Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət nümayəndəsi, professor Çarlz Hendri ANN.Az-ın suallarını cavablandırıb. O, müsahibəyə Bakıya gəlişinin məqsədləri haqqında danışmaqla başladı:

 

- Bu, son aylarda mənim Bakıya ikinci səfərimdir. Bundan əvvəl iyun ayında, "Xəzər Neftqaz" konfransında Azərbaycanda idim. 

Təxminən keçən ilin sonunda mən Böyük Britaniya baş nazirinin Azərbaycanda ticarət nümayəndəsi vəzifəsinə təyin edildim. Bizim ölkələrimizin arasında ticarət və investisiya münasibətləri çox güclüdür. Amma biz iqtisadiyyatın qeyri-neft sektorunda əməkdaşlıqla bağlı daha nə edə bilərik? Yerinə düşər deyim ki, "bp" Azərbaycanda ən böyük beynəlxalq investordur. Ümumiyyətlə, Böyük Britaniya Azərbaycanın neft-qaz sektoruna birbaşa xarici investisiyaların yarısından çoxuna cavabdehdir. Hətta qeyri-neft sektorunda da Böyük Britaniya ən böyük investisiyaların mənbəyidir.

Bura energetika naziri qismində gəlmişəm. Britaniya şirkətlərini dəstəkləmək üçün səbirsizliklə daim bura gəlmək imkanını gözləyirəm. Biz bu münasibətlərin inkişafının çox maraqlı mərhələsindəyik. "Şah Dəniz"in növbəti mərhələsi,  eyni zamanda boru kəməri infrastrukturu haqqında qəbul ediləcək qərar Britaniyadan və digər ölkələrdən olan yeni investisiyalar üçün böyük imkanlar  açacaqdır. Biz belə qərarlar qəbul etməyi arzu edən şirkətləri çox dəstəkləyirik. Bu, hər kəs üçün yeni, həm də böyük işarədir.

Bu dəfəki səfərimdə prezident İlham Əliyevlə görüşmək imkanım oldu. Biz burada Britaniya investisiyalarını müxtəlifləşdirmək, informasiya və rabitə texnologiyalarına, peyklərə, telekommunikasiyalara, daha çox ümumi planda - infrastruktura investisiyalar yönəltmək barəsində fikir mübadiləsi apardıq.

Etiraf edək ki, investisiyaların böyük bir hissəsi ya Bakıya, ya da iqtisadiyyatın neft-qaz sektoruna yönəldilir. İqtisadiyyatda daha böyük təsirə malik olmaq üçün Azərbaycanın digər regionlarına investisiyaların artırılmasını stimullaşdırmağa necə nail olmaq mümkündür?

Düşünürəm ki, bu bizim münasibətlərimizdə çox pozitiv dövrdür və biz burada bacardığımızı ən effektiv formada qurmaq istəyirik.

 

-  Sizin planlarınız yalnız Bakı ilə bağlıdırmı? Bəs regionlarımız üçün hər hansı konkret investisiya planları mövcuddurmu?

 

-  Əlaqələrin inkişafı üzrə proqram çərçivəsində parlament üzvləri qrupu Gəncəyə, həmçinin Bakıya baş çəkdilər. Biz bilirik ki, sizin hökumətiniz turizm sənayesinin inkişafını sürətləndirməyə çalışır. Belə görünür, bu sahədə çoxlu imkanlar mövcuddur. Təcrübəyə malik Britaniya şirkətləri bu prosesin bir hissəsi ola bilərlər.

 

 - Neft və qazdan başqa hansı sahələrdə siz əməkdaşlıq üçün imkanlar mövcuddur?

 

- Məsələn, neft emal edən sektorda, neft-kimya sahəsində. Biz əməkdaşlığın mümkün spektrinin axtarışındayıq. Dünən prezident tərəfindən qeyd edilmiş sferalara peyklər də daxil edilmişdir, buraya daha çox investisiyaların cəlb edilməsi istənildi. Burada dekabrda telekommunikasiyalar üzrə konfrans olacaq. Biz ona əsaslanacağıq ki, sizin hökumətiniz ən əhəmiyyətli prioritetləri məhz harada görür.

 

- "bp"və Azərbaycan arasında münasibətləri və "bp"-nin Azərbaycanda gələcək fəaliyyətini necə qiymətləndirirsiniz?

- Çox müsbət qiymətləndirirəm. Bu, çox əhəmiyyətli investisiyalardır. Bu sazişi indiyə qədər "Əsrin Müqaviləsi" adlandırırlar. Bu, elə onun əhəmiyyətini göstərir. Prezident "bp" haqqında 30-40 illik partnyor kimi danışırdı. Beləliklə, çox ciddi dəstək siqnalları da elə oradan gəlmədir. "bp" bu bazara daxil olmağa çox cəhd edir. O, Britaniya hökuməti tərəfindən tam dəstəyə malikdir. Xəzər qazı Avropanın energetika təhlükəsizliyi üçün əhəmiyyətli mənaya malikdir. Biz Transadriatik boru kəmərinin tikintisi haqqında qərarı tamamilə dəstəklədik. Əhəmiyyətlidir ki, qaz Xəzər regionundan Avropa İttifaqına ixrac edilsin. Amma dəqiq marşrut xəritədə hökümət tərəfindən deyil, ticarət istehsalçıları tərəfindən seçilmiş olmalıdır.

- Deyirlər ki, 2020-ci ildə Azərbaycanda neft kəsiri yaranacaq. Bəs bundan sonra BP nə edəcək?

 

- Biz layihələrin əlavə genişlənməsi imkanlarını nəzərdən keçiririk. Sizin hökümətinizlə o barədə müzakirələr gedir ki, onlar bu istiqamətdə işləri necə həyata keçirəcəklər. Transadriatik boru kəməri layihəsi onlardan biridir. Siz bir millət kimi öz resurslarınızdan necə istifadə etməli olduğunuza qərar verməlisiniz. Bu məsələ sizin hökümətinizin və ARDNŞ-in boynundadır.

 

Cəmilə İbrahimova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb