“Böyük Şor”un ətrafında universitetlər olacaq

10:29 | 08.09.2014
“Böyük Şor”un ətrafında universitetlər olacaq

“Böyük Şor”un ətrafında universitetlər olacaq

“Böyük Şor” gölünün ətrafında universitetlər üçün yer nəzərdə tutulub.“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə daxil olan Məxsusi Bakının Baş Planı üzrə əsas prinsipial təkliflərdən biri də adıçəkilən gölün yaxınlığında, Xocasən və Zığ qəsəbələrində ali təhsil müəssisələrinin yaradılması üçün ərazilərin nəzərdə tutulmasıdır.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin sözlərinə görə, təklif edilən perspektiv zonalardan biri də Qaradağ rayonudur. Buraya paytaxtın bəzi ali təhsil müəssisələrinin köçürülməsi təklif olunur. “Böyük Şor” gölünün abadlaşdırılması nəticəsində isə həmin ərazidə kampusların yaradılması üçün yer nəzərdə tutulur. Geniş əraziyə malik gölün hazırda yalnız bir hissəsi qurudulur. Gölün ətrafının abadlaşdırılması ilə yanaşı, həm də ictimai mərkəzə çevrilməsi planlaşdırılır.Şöbə müdiri əlavə edib ki, əgər hansısa təhsil müəssisəsinin köçürülməsi Təhsil Nazirliyi tərəfindən müvafiq proqrama salınarsa, bu məsələ öz həllini tapa bilər.Məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi Xocasəndə yerləşir. Yeddi korpusun daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq, ən son texnoloji nailiyyətlərlə inşa olunub.Kompleksə, həmçinin iki idman korpusu, müəllimlər və tələbələr üçün dörd yataqxana daxildir. Odur ki, yaxın ərazilərdə digər təhsil müəssisələrinin də inşası mümkün ola bilər.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti