• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Böyükşor gölü ilə bağlı fərman imzalandı

Böyükşor gölü ilə bağlı fərman imzalandı
26.12.2013 21:20
Azərbaycan prezidenti İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.APA-nın məlumatına görə, Bakı şəhərində yerləşən Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb ki, gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirsin. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək tapşırılıb. Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etmək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 23:10
İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Siyasət 22:25
Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Siyasət 21:30
Pezeşkian Bibiheybət məscidini ziyarət edib
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Siyasət 21:26
İran Prezidenti Bakıda Şəhriyarın şeirini oxuyub - Video
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 20:42
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Yenilənib
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Siyasət 18:50
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:08
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
İran Prezidenti sabah Azərbaycana gələcək
Siyasət 19:40
İran Prezidenti sabah Azərbaycana gələcək
İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Siyasət 16:58
İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol