• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib
23.01.2023 22:30
Böyük Britaniya Baş prokurorun müavini Əhməd Fazelian da daxil olmaqla, İranın yüksək vəzifəli məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu gün Böyük Britaniya İranda rejimin rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar, Avropa İttifaqı və ABŞ-ın sanksiyaları ilə yanaşı, beynəlxalq ictimaiyyətin İran rejiminin, Böyük Britaniya və İran vətəndaşı Əlireza Əkbərinin edam edilməsi də daxil olmaqla, öz xalqına qarşı törətdiyi dəhşətli zorakılığı ümumi şəkildə pislədiyini nümayiş etdirir”, - bəyanatda bildirilir.

Sanksiyalar siyahısına İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri, İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini Hüseyn Nejat, "Bəsic” İslam xalq könüllüləri dəstəsinin komandanının müavini Salar Abnuş və Asayiş keşikçiləri qüvvələrinin komandanının müavini Qasem Rezai daxildir.
Bundan başqa, "Bəsic” İslam xalq könüllüləri dəstəsinə və "Bəsic” Kooperativ Fonduna da sanksiyalar tətbiq edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol