Açılışda Birləşmiş Krallığın xarici işlər naziri də iştirak edəcək.
Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, Birləşmiş Krallığın İrandakı diplomatik nümayəndəliyi bu həftə açılacaq.
Səfirliyin açılışında Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmondda iştirak edəcək. Qeyd olunur ki, Birləşmiş Krallığın xarici işlər nazirliyini nümayəndələri son 12 ildə İran paytaxtına rəsmi səfər etməmişdilər.
Xatırladaq ki, 2011-ci il noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiyadan sonra səfirliyin fəaliyyəti dayandırılıb.
Həmin hadisə zamanı səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !