Böyük Britaniya və Yaponiya hərbi əməkdaşlığı gücləndirir

10:55 | 12.01.2023
Böyük Britaniya və Yaponiya hərbi əməkdaşlığı gücləndirir

Böyük Britaniya və Yaponiya hərbi əməkdaşlığı gücləndirir

Böyük Britaniya və Yaponiya müdafiə əlaqələrini gücləndirmək barədə razılığa gəliblər ki, bu da ölkələrə birgə təlimlər və fövqəladə hallara cavab vermək üçün bir-birinin ərazisinə qoşun yerləşdirməyə imkan verəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakanın yaponiyalı həmkarı Fumio Kişida ilə Londonda görüşündən sonra yaydığı məlumatda deyilir.

"Liderlər çərşənbə günü imzaladıqları qarşılıqlı çıxış sazişini müzakirə ediblər və bunun Böyük Britaniya və Yaponiya arasında əməkdaşlığın yolunda mühüm addım olduğuna razılaşıblar. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq təkcə Yaponiya və Böyük Britaniyaya fayda verməyəcək, həm də qlobal sabitliyə kömək edəcək”, - məlumatda  deyilir.

Görüş zamanı tərəflər həmçinin Ukraynadakı vəziyyəti, Böyük Britaniyanın Trans-Sakit Okean Tərəfdaşlığına qoşulmasını və Yaponiyanın G7-yə sədrliyini müzakirə ediblər.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM