Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başladı

15:08 | 23.10.2022
Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başladı

Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başladı

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Liz Trussın yerinə Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başlayıb.

Yeniavaz.com xəbər verir ki, 42 yaşlı siyasətçi bu barədə "Twitter”də məlumat verib.

"Böyük Britaniya böyük ölkədir, lakin biz dərin iqtisadi böhran içindəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizədliyimi irəli sürürəm. İqtisadiyyatımızdakı problemləri həll etmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, - Sunak yazıb.
Onun seçki kampaniyasındakı rəqiblərinin Britaniya parlamentinin İcmalar Palatasının lideri Penni Mordaunt və keçmiş baş nazir Boris Conson olacağı ehtimal edilir.

Namizəd parlament səsverməsinin növbəti raunduna keçmək üçün ümumi sayı 357 olan fraksiyadakı həmkarlarından 100-dən çox səs toplamalıdır. "Sky News” hesablayıb ki, Sunak indiyə qədər baryeri keçən yeganə namizəddir. Conson 57, Mordaunt isə hələ ki, mühafizəkarlar fraksiyasının 23 üzvünün dəstəyini ala bilib
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb