Böyük Dəbilqə: Azərbaycan cüdoçuları yarışı bir medalla başa vurublar

18:30 | 04.03.2023
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları yarışı bir medalla başa vurublar

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları yarışı bir medalla başa vurublar

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirini bir medalla başa vurublar.

Bu gün mübarizəyə qoşulan hər iki idmançı yarışla erkən vidalaşıb.

73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazodaya uduzub.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadova yenilib.

Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM