Böyük şirkətlər Qarabağda necə güzəşt əldə edə bilər? - Nazir müavinindən açıqlama

12:48 | 05.07.2024
Böyük şirkətlər Qarabağda necə güzəşt əldə edə bilər? - Nazir müavinindən açıqlama

Böyük şirkətlər Qarabağda necə güzəşt əldə edə bilər? - Nazir müavinindən açıqlama

Böyük şirkətlər Qarabağda fəaliyyət göstərmək üçün orada törəmə şirkət yaratmalı və ya filial nümayəndəliklərini qeydiyaytdan keçirməlidirlər. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
 

"Qarabağda fəaliyyət göstərmək istəyən holdinqlər mütləq qaydada orada ya törəmə şirkət, ya da filial kimi qeydiyaytdan keçməlidir. Yalnız bu halda həmin şirkət Qarabağdakı güzəştlərdən yararlana bilər. Qarabağda rezident kimi qeydiyyata düşmək üçün qanunvericilikdə müəyyən olunan qayda budur”, - nazir müavini iyulun 5-də Əmək və Məşğulluq Münasibətlərinin Tənzimlənməsi adlı tədbirdə sahibkarların suallarını cavablandırarkən bildirib. 
 
İyunun 28-də Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq" adlı tədbirdə nazir Mikayıl Cabbarov da bildirib ki, Bakıda qeydiyaytı olan şirkətlər Qarabağda eyni qeydiyyatla fəaliyyət göstərə bilməyəcək. Belə ki, Qarabağda göstərilən vergi və gəlirləri müəyyən etmək üçün mütləq şəkildə şirkət Qarabağ ərazisində qeydiyaytda olmalıdır.
 
Azərbaycan qanunvericiliyinə görə, Qarabağda fəaliyyət göstərən şirkətlər 10 il müddətinə həm vergilərdən azaddır, həm də onların fəaliyyətinə güzəştlər tətbiq olunur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM