Üç ayda 40 milyonan çox ƏDV alıcılara geri qaytarılıb

13:11 | 06.04.2024
Üç ayda 40 milyonan çox ƏDV alıcılara geri qaytarılıb

Üç ayda 40 milyonan çox ƏDV alıcılara geri qaytarılıb

2024-cü ilin yanvar-martında fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti məlumat yayıb. 
 
"ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 aprel  tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 97 mindən çoxdur.
 
2022-ci ildə  Dövlət Gömrük Komitəsində  694-ü cinayət xarakterli olmaqla  28 475 hüquqpozma faktı,694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.

Bundan sonra vergi orqanından vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual "ƏDV Geri Al” hesabına köçürülür, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmır. Müvəkkil bankda virtual "ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb