"Bu il yaxşı nəticələr göstərməyə nail olmuşuq”.
Gürcüstana iyun ayından avqust ayına qədər 2 milyon xarici vətəndaş səfər edib, bu isə keçən ilin göstəricisindən 10% çoxdur. Bu barədə Milli Turizm Administrasiyasının məlumatında deyilir.
Oxu.Az "Novosti-Qruziya”ya istinadən xəbər verir ki, Gürcüstanda bir sutka və daha çox olanların sayı 2,4% artıb.
Gürcüstana səfər edən xarici vətəndaşların ümumi sayından 917 min nəfər turist olub.
"Bu keçən il ilə müqayisədə çox uğurlu və ciddi inkişafdır. Belə ki, 2014-cü ildə turistlər və beynəlxalq səfərlər arasında rekord ili idi. Bu il isə biz regionda mövcud xarici şoklara baxmayaraq, yaxşı nəticələr göstərə bildik”, - Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !