Üç ayda ölkədə təbii qaz istehlakı artıb

16:57 | 08.05.2024
Üç ayda ölkədə təbii qaz istehlakı artıb

Üç ayda ölkədə təbii qaz istehlakı artıb

2024-cü ilin yanvar-martında Azərbaycanda təbii qazın istehlakı 4 milyard 930 milyon 836 min kubmetr olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 169 min 794 kubmetr çoxdur. Bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatda qeyd olunub. 
 
Ötən ilin yanvar-martında ölkədə təbii qaz istehlakı 4 milyard 761 milyon 042 min kubmetr olub.
 
Hesabat dövründə təbii qaz ixracı 6,5 milyard kubmetrə çatıb ki, bu də ötən ilin eyni dövrü ilə müayisədə 2,3% çoxdur. 
 
Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona yaxın neft, 923,7 milyon kubmetr qaz emal edilib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,5% artım deməkdir.
 
SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
 
Bununla yanaşı hesabat zamanı SOCAR tərəfindən 18 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1.9 milyon ton neft, 2 milyard kubmetr qaz hasil edilib. Ölkə üzrə isə qaz hasilatı 12,6 milyard kubmetr olub ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 3.4% çoxdur.
 
Cari ilin 3 ayında Azərbaycanda ümumilikdə 7,3 milyon ton xam neft hasil edilib.

Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb