Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.
Bununla əlaqədar oktyabrın 6-da, gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !