Öcalan ermənilərə məktub hazırlayır

09:30 | 12.01.2014
Öcalan ermənilərə məktub hazırlayır

Öcalan ermənilərə məktub hazırlayır

PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalanın yeni açıqlaması yayılıb. 
Ans Press-in "Milliyət"ə istinadla verdiyi məlumata görə, açıqlamanı BDP-li millət vəkilləri onun saxlandığı İmralı həbsxanasındakı görüşdən sonra yayıblar. 
O, sülh, demokratiya arzusu ilə yeni ili təbrik edib. Öcalan savaşın cəhənnəm, sülhün isə cənnət olduğunu deyib. 
"Biz bir ayağımızı cəhənnəmdən çıxardıq. Amma digər ayağımızı da çıxarmağımız üçün ortaya maneələr çıxıb. Bunun üçün arafda gözləməliyik. Bizim sülh iradəmiz bütün maneələrə rəğmən başlatdığımız qərarlığımızdır. Amma o bilinməlidir ki, ərafda sonsuza kimi qalmaq olmaz. 
Ölkəni bir zərbə ilə yenidən yanğın yerinə çevirmək istəyənlər bizim bu atəşə benzin daşımayacağımızı bilməlidir. Bütün demokratik qüvvələri bu ciddiyəti qavramağa və səfərbər olmağa dəvət edirəm". 
PKK lideri ermənilərə də səslənib. O, erməni jurnalist Hrant Dinkin qətlinin ildönümü ərəfəsində ermənilərə geniş bir məktubla səslənəcəyini deyib.
ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM