Terrorçu lider Abdullah Öcalanın bacısı qızı, Türkiyə parlamentinin deputatı Dilek Öcalanın xidməti avtomobilində axtarış olub.
ANS PRESS-in məlumatına görə, çərşənbə günü Öcalanın avtomobili Şanlıurfa-Qaziantep magistral yolunda polislər tərəfindən saxlanılıb. Həmin anda özünün olmadığı avtomobildə polislərin axtarış etməsinə etirazını bildiriən Dilek Öcalan mətbuat konfransı keçirib. Öcalan polisləri məhkəməyə verəcəyini bildirib.
"Baş verənləri qəbul etmək əsla mümkün deyil. Xüsusi rəftara məruz qalaraq axtarış aparılmasını qəbul etmirəm. Buna qarşı qanuni instansiyalara müraciət edəcəyik. 550 millət vəkili üçün nəzərdə tutulanlar müsavi şəkildə hər kəs üçün tətbiq olunmalıdır. Əgər demokratik bir ölkədə demokratik bir siyasət aparılmalıdırsa bu, hamı üçün eyni olmalıdır. Maşında olmamışam. Amma ondan bir gün əvvəl yenə eyni şəkildə məni maşından düşürərək axtarış etmək istədilər. Sürücü deputat olduğumu dedikdən sonra əl çəkdilər. Polislərdən şikayətçi olacağam. Normal şəırtlərdə axtarışı qadın polis aparmalı idi. Burda isə kişi polislər olub.” – deyə Dilək Öcalan bildirib.
Xatırladaq ki, Dilək Öcalan 2015-ci iyunun 7-də Türkiyədə keçirilən parlament seçkisində Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili seçilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !