Canavarlar DSX-nin hərbçisinə hücum edibFOTO

11:38 | 19.07.2017
Canavarlar DSX-nin hərbçisinə hücum edib – FOTO

Canavarlar DSX-nin hərbçisinə hücum edibFOTO

Zaqatala rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi və mülki şəxsə canavar hücum edib.

anews.az Report-a istinadən xəbər verir ki, canavarların hücumuna məruz qalan, rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov kəllənin gicgah nayihəsindən, Zaqatala Sərhəd Dəstəsinin (SD) əsgəri 19 yaşlı Bəxşiş Ərşad oğlu Əsgərov isə bədənin kürək nahiyəsindən ağır xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Məlum olub ki, 16 yaşlı Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədinə yaxın ərazidə, Aşağı Çardaqlar kəndi ərazisindəki meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb.

M.Məmmədov həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib. Eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala SD-nin əsgəri B.Əsgərova hücum edərək onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar.

M.Məmmədovun müalicəsi Zaqatala RMX-nın infeksiya şöbəsində davam etdirilir. Ə.Əsgərov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki hərbi hospitallardan birinə göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM