“Canon” kameralarının satışı azalıb

22:02 | 27.07.2015
“Canon” kameralarının satışı azalıb

“Canon” kameralarının satışı azalıb

"Canon” kameralarının satışı azalıb. Belə ki, bu ilin ikinci rübündə Yaponiyanın bu firmasının gəlirləri birinci rüb ilə müqayisədə 81 milyard yendən 68 milyard yenə düşüb.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən böyük kamera istehsalçısının maliyyə vəziyyəti bundan sonra da ürəkaçan olmayacaq. Belə ki, ötən illə (255 milyard yen) müqayisədə bu il (245 milyard yen) daha az gəlir gözlənilir. Buna səbəb isə dünya bazarlarında firmanın yeni istehsal etdiyi kompakt digital kameraların hələ də özünə kifayət qədər müştəri tapmamasıdır.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti