Cari ildə ölkə əhalisinin yanacaq xərcləri artıb

13:31 | 13.03.2024
Cari ildə ölkə əhalisinin yanacaq xərcləri artıb

Cari ildə ölkə əhalisinin yanacaq xərcləri artıb

2024-cü ilin yanvar-fevralında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 449,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Cari ilin yanvar-fevralında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-fevralı  ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.
 
Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manat, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti  0,8 manatdır.


2023-cü ildə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 3 milyard 63,4 milyon manatlıq (indiki məzənnə ilə 1 milyard 802 milyon ABŞ dolları) avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci illə müqayisədə 8,1% çoxdur.

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM