Cari ilin 5 ayında Qarabağa nə qədər pul xərclənib? - Nazirdən açıqlama

11:30 | 06.06.2023
Cari ilin 5 ayında Qarabağa nə qədər pul xərclənib? - Nazirdən açıqlama

Cari ilin 5 ayında Qarabağa nə qədər pul xərclənib? - Nazirdən açıqlama

2023-cü il dövlət büdcəsindən Qarabağa ayrılan 3 milyard manatın 60%-ə yaxın hissəsi cari ilin 5 ayında istifadə olunub. Bunu Maliyyə naziri Samir Şərifov iyunun 6-da Milli Məclisin növbədənkənar iclasında təqdimatı zamanı deyib. 
 
O bildirib ki, 2021-2022-ci illərdə Qarabağda yenidənqurma və bərpa işlərinə 6,4 milyard manat pul yönəldilib. 
 
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı (2022-2026-cı illər) təsdiq edilib. Prezident İlham Əliyev noyabrın 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz torpaqlarını azad etməklə tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.
 
 
Gülnar Nazimqızı
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti