2023-cü ilin bu günə kimi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 946 müraciət azalıb. Bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən "Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 638 az müraciət qaz təzyiqinin aşağı olması ilə bağlı olub.
Sayğaclarla bağlı müraciətləri sayında da 6 620 azalma var, bu il daxil məlumat xarakterli müraciətlərin sayı isə 10 364 az olub.
İlin ilk rübündə SOCAR "Azəriqaz” İB ümumilikdə 482 milyon 866 min manat dəyərində satış həyata keçirib. Bunun da 439 milyon 909 min manatı əhali və qeyri-əhali abonentləri tərəfindən ödənişi gerçəkləşib. Nəticədə ödənişlər 91,1%-dir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !