• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club ANAR BAĞIROVUN iştirakı ilə Online Round Table keçirib

Caspian European Club ANAR BAĞIROVUN iştirakı ilə Online Round Table keçirib
04.07.2020 16:16

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri ANAR BAĞIROVUN iştirakı ilə təşkil olunmuş iki saatlıq Online Round Table çərçivəsində sahibkarların COVİD-19 pandemiyası dövründə vəkillərin fəaliyyəti, məhkəmə sistemində keçirilən islahatlar, şirkətlərin hüquqi marifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və sahibkarlara hüquq xidmətlərin göstərilməsinin yeni üsulları müzakirə olunub.

Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakıçılarını salamlayaraq, son illər Azərbaycan vəkilliyinin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarlarının maraqlarının məhkəmə müdafiəsi işində vəkillərin rolu, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatlar və islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat vermiş, pandemiya şəraitində hüquqi xidmətlərin distant formada göstərilməsi və bunun üçün zəruri texniki bazanın mövcudluğunun bu günün ehtiyacı olduğunu qeyd etmişdir.

Görüşə moderatorluğ edən Vəkillər Kollegiyasının üzvü, Caspian European Club-un hüquq, ədliyyə və məhkəmə işləri üzrə alt komitəsinin rəhbəri Şaiq Mirzəyev  " Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Sədri Anar Bağırovun iştirakı ilə Caspian European Club çərəivəsində ilk dəfə keçirilən görüş olduqca faydalı və maraqlı oldu. İllər boyu yığılıb qalan problemləri sahibkarlar gündəmə gətirdi və verilən suallara dair Anar müəllim tərəfindən dolğun cavabları ala bildirdilər. Eyni zamanda, sahibkarları maraqlandıran digər məsələlər də müzakirə olundu. Yerində bəzi təkliflər öz həllini tapdı. Əminəm ki, bu görüşlər ümumən bir çox sahibkarların fəaliyyətinə müsbət təsir eməklə yanaşı, biznes inkişaf edir və ölkə iqtisadiyyatı güclənir. Vəkil institutu güclü olmaqla, məhkəmə qərarları da ədalətli və qanuni olur. Belə görüşlərin sayı çoxaldıqca sahibkarların problemləri də vaxtında və operativ şəkildə daha tez həllini tapacaqdır” deyə bildirib.
 
Çıxışının sonunda Anar Bağırov Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.
 
Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından Anar Bağırova minnətdarlığını bildirib. Həmçinin Caspian European Club və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında birgə ictimai nəzarət şurasının yaradılması təklifi üçün təşekkür edib.

Görüşdə Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov, apparat rəhbərinin müavini Anar Əsədov, aparatın beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov və Kollegiyanın Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı da iştirak etmişdir.
 
İlk dəfə keçirilən Online Round Table – konkret sahə və sahəarası təkliflərin və problemlərin müzakirəsi üçün Azərbaycan, Gürcüstan və Qazaxıstanda Caspian European Club tərəfindən hər həftə keçirilir.

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə  investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirakdan ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislərlə vebinarlar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, eyni zamanda dünyanın bir sıra ölkələrində səlahiyyətli nümayəndələri var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir
İqtisadiyyat 19:42
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
İqtisadiyyat 14:16
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Mərkəzi Bank rəqabəti artırmaq üçün bankların birləşməsini təşviq etməyə hazırdır
İqtisadiyyat 12:44
Mərkəzi Bank rəqabəti artırmaq üçün bankların birləşməsini təşviq etməyə hazırdır
Mərkəzi Bank Bank Melli İran-a yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır
İqtisadiyyat 12:31
Mərkəzi Bank Bank Melli İran-a yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır
Mərkəzi Bank kart əməliyyatları üzrə limitləri dəstəkləyir — Kazımov
İqtisadiyyat 12:20
Mərkəzi Bank kart əməliyyatları üzrə limitləri dəstəkləyir — Kazımov
AMB-nin ehtiyatları 15,4 milyard dollara çatıb
İqtisadiyyat 10:34
AMB-nin ehtiyatları 15,4 milyard dollara çatıb
Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə endirib.
İqtisadiyyat 10:12
Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə endirib.
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 10:03
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Avro bahalaşıb - günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro bahalaşıb - günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol