Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə başladı

17:57 | 21.01.2015
Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə başladı

Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə başladı

Üzv şirkətlərin çoxsaylı xahişlərini nəzərə alaraq Caspian European Club aylıq biznes-treninqlərin təşkilinə start verib.

Caspian European Club-un üzv şirkətləri üçün "Brend-menecment, marketinq psixologiyası və satışın genişləndirilməsi” adlı birinci biznes-treninq yanvarın 21-də Grand Hotel Europe-da təşkil olunub. Xüsusi maraq doğuran treninq Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev tərəfindən keçirilib.

Biznes-treninqin gedişatı zamanı Caspian European Club şirkətləri biznes partnyorlarla dialoqun düzgün qurulması, şəxsi mövqeyin və biznes təkliflərin asanlıqla əsaslandırılması barədə geniş məlumatlar, eləcə də marketinq qərarlarının qəbulu zamanı tez-tez rast gəlinən digər məsələlərlə bağlı faydalı məsləhətlər alıblar.

Biznes-treninqlər gələcəkdə də davam etdiriləcək, iri şirkət və korporasiya rəhbərləri qazandıqları uğurların sirlərini Caspian European Club-un üzv şirkətləri ilə bölüşəcəklər.

Əlavə məlumat üçün:

Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87 E-mail: [email protected] URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com

ANN.Az












0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb