Caspian European Club 2015-ci il aprelin 8-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin sədrliyi ilə biznes-forum təşkil edəcək.
"Biz Caspian European Club-un üzv şirkətlərinə hər il göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk", - deyə Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq, problemlərin həll yollarını müzakirə edib və axtarmaq, həmçinin bizneslə Dövlət Miqrasiya Xidməti arasındakı aktiv dialoqu davam etdirmək üçün təkliflər irəli sürmək kimi mühüm imkan əldə edəcəklər.
Caspian European Club-un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər.
Biznes-forumda iştirak etmək istəyən Caspian European Club-a və həmkar təşkilatlara üzv olmayan şirkət rəhbərləri aprelin 7-dək Caspian European Cub-a müraciət edə bilərlər: [email protected]
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !