16 oktyabr 2019-cu il tarixdə Caspian European Club-un sədrinin birinci
müavini və baş icraçı direktoru Telman Əliyevin sədrliyi ilə Caspian European
Club-un üzv şirkətlərinin top-menecerlərinin ümumi toplantısı təşkil olunub.
Ümumi toplantıda İdarə Heyətinin üzvlərinin, komitə rəhbərlərinin, Caspian
European Club-a daxil olan sahə və sahələrarası işçi qruplarının rəhbərlərinin
hesabatları dinlənilib.
İclas çərçivəsində yeni inkişaf
strategiyası, Caspian European Club-un üzv şirkətlərini maraqlandıran sual
və təkliflər müzakirə olunub, həmçinin dördüncü rüb ərzində biznes-forumların,
dəyirmi masaların və CEO Lunch-ın təşkil olunacağı dövlət məmurlarının siyahısı
tərtib edilib. Əsas diqqət beynəlxalq layihələrin inkişafına və Caspian
European Club-un Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkiyə və ofis,
eləcə də daimi nümayəndəliklərin olduğu digər ölkələrdəki fəaliyyətinin
irəliləyişinə yetirilib.
Yeni strategiyaya əsasən, Caspian European Club tərəfdaşları ilə birgə
aylıq Caspian Energy İnvestor və illik Caspian Energy İndex nəşrlərini bərpa
edəcək. Hər iki layihə yalnız abunə yolu ilə əldə olunacaq və orada
qanunvericilikdəki dəyişikliklər, investisiya təklifləri, tenderlər, Xəzər-Qara
dəniz və Baltik regionu ölkələrində fəaliyyət göstərməkdə maraqlı olan
sahibkarlar və investorlar üçün faydalı məlumatlar öz əksini tapacaq.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !