Castin Biberdən sosial şəbəkəyə 1,1 milyon dollar

13:52 | 07.11.2013
Castin Biberdən sosial şəbəkəyə 1,1 milyon dollar

Castin Biberdən sosial şəbəkəyə 1,1 milyon dollar

Kanadalı müğənni Castin Biber yeniyetmələr üçün yeni sosial şəbəkəyə 1,1 milyon dollar həcmində sərmayə yatırıb.ANN.Az-ın ICTnews saytına istinadən verdiyi məlumata görə, bu haqda noyabrın 4-də "CNN” telekanalının saytındakı "Fortune” bloqunda xəbər dərc edilib.Biberdən başqa sosial şəbəkəyə, həmçinin boksçu Floyd Meyvezer sərmayə yatırıb. Sözügedən layihənin yaradıcıları ümumilikdə təxminən 2,7 milyon dollar cəlb etməyə müvəffəq olublar. "Shots of Me” adlanacaq sosial şəbəkənin hazırlanması ilə "RockLive” şirkəti məşğul olub.Xatırladaq ki, Castin Biber artıq neçənci dəfədir ki startapların inkişafına sərmayə yatırır. "Forbes” jurnalının məlumatına görə, 2012-ci ildə "Tinychat” messenceri, "Stamped” sosial tövsiyələr xidməti, həmçinin öz istifadəçilərinə internet üzərindən musiqiyə qulaq asmağa icazə verən "Spotify” tətbiqi kimi layihələrdə müğənni pay sahibi olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb