Castin Biberi sevməyənlərə xoş xəbər - Səhnədən gedir

14:15 | 18.12.2013
Castin Biberi sevməyənlərə xoş xəbər - Səhnədən gedir

Castin Biberi sevməyənlərə xoş xəbər - Səhnədən gedir

Məşhur kanadalı müğənni, yeniyetmələrin sevimlisi Castin Biber qatıldığı radio proqramında musiqini buraxacağını deyib.
ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış müğənni Jastin Bieber Los Anjelesdə yayımlanan "Power 106" radiosunun qonağı olub. 19 yaşı olmasına rəğmən dünyada ən tanınmışlar sırasında yer tutan müğənni proqramda aparıcının suallarını cavablandırarkən maraqlı açıqlamalar verib. O, gələn həftə işıq üzü görəcək "Journals" albomundan sonra musiqidən ayrılacağı anonsunu verib. 
Bu bəyanatı eşidən proqram aparıcısı Kurt Aleksandr da xəbərdən şoka düşdüyünü deyib. Jastin Bieber daha sonra "bir sənətkar olaraq daha çox çalışmaq, peşəkar olmaq" istədiyini deyib. O, əlavə edib ki, musiqisinin daha dolğun, daha yüksək səviyyəli sənət əsərlərinə çevrilməsini arzu edir: "Elə buna görə də səhnədən gedirəm".
Amma bəzi dünya mətbuat qaynaqları bu açıqlamanın zarafat olduğunu güman edirlər və yaxın gələcəkdə baş verən hadisələri gözləməyi məsləhət görürlər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb