Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadə Xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz Cəfərzadə barədə hökm çıxararaq onu 16 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Hökmə əsasən Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinib.
Mirhafiz Cəfərzadənin əməlləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla mübarizə tədbirləri zəminində əməliyyat-istintaq hərəkətləri həyata keçirilən zaman üzə çıxıb.
Müəyyən edilib ki, o, xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərib, hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları "Telegram” tətbiqi sistemi vasitəsilə göndərib.
Qeyd olunan əməllərinə görə, Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !