Bu il Azərbaycanın dövlət sərhədində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 1 əcnəbi tutulub.
APA-nın məlumatına görə, bu barədə dekabrın 25-də Dövlət Sərhəd Xidmətinin ilin yekunlarına həsr olunmuş müşavirəsində bildirilib.
Məlumata görə, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən edilib, həmçinin xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb.
Bundan başqa qanunsuz miqrasiya, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !