"Nar” danışıq dəqiqələri, SMS və interneti gənclər üçün eyni, sərfəli tarifdə topladığı "CavanNar” təklifinə dəyişikliklər etdi. Tarif planı çərçivəsində bonusların təqdim edilməsi qaydalarına dəyişiklik edən operator, bununla mobil rabitə bazarında gənclər üçün ən sərfəli təklifi irəli sürdü. Belə ki, gənclər bu tarifə qoşulmaqla hər ay şəbəkədaxili 300 dəqiqə, ölkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edirlər. Gənclər çox sərfəli ünsiyyət imkanlarını özündə birləşdirən tarifə cəmi 99 qəpiyə qoşula bilərlər.
Kampaniyaya qoşulmaq istəyən yaşı 16-25 arası olan gənc abunəçilər öz şəxsiyyət vəsiqələri ilə istənilən "Nar” müştəri xidmətləri və ya mağazasına yaxınlaşa bilərlər. "Nar” tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !