Cavanşir Feyziyevin yerinə yeni təyinat

13:17 | 14.05.2022
Millət vəkili Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Cavanşir Feyziyevi əvəzləyib.
 
Cavanşir Feyziyev 2020-ci ilin aprelindən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edirdi. 
 
Bu ilin aprelindən Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən də kənarlaşdırılıb. 

Buna səbəb sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunması barədə  xəbərin müzakirə olunması idi.
 
Bundan sonra Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi.
 
Məsələ ilə bağlı Mətbuat Şurası etirazını bildirmişdi. 
 
Gülnar


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb