Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
"Hadisəni törətdiyi deyilən şəxs mərhum Cavid Hacıyevlə birinci kursda eyni qrupda oxuyub. Sonradan o, universitetdən qovulub. Buna baxmayaraq, onların araları yaxşı olub, daim münasibət qurublar. Şübhəli bilinən şəxs Almaniyadan Ukraynaya gəlib və Cavid Hacıyevlə bir mənzildə kirayədə yaşayıblar. Məhz bundan 2-3 gün sonra da otaqda gəncin nəşi tapıldı.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Cinayətin motivləri hələ də bəlli deyil”.
"Özümüz hadisə ilə bağlı Azərbaycan mediasına məlumat vermədik. Çünki mərhumun ailə üzvləri yaxınlarının ölümü ilə barışmayıb intihar edə bilərdilər. Ancaq meyitin tapıldığı gün Kiyev polisindən mərhumun anasına məlumat verilmişdi və o, hadisə yerinə gəlmişdi.
Bu hadisə ilə bağlı Azərbaycan Prokurorluğundan verilən notaya gəldikdə isə... Məncə, buna ehtiyac yox idi. Onsuz da baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları aidiyyəti üzrə addımlar atmalıdır və atır”.
Ukrayna KİV-in yazdığına görə, hadisə Çiqorin küçəsində baş verib və Cavidin nəşi üç gün sonra aşkarlanıb. Qonşuların evdən pis qoxu gəlməsi haqda şikayətindən sonra mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 23 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıblar.
Mərhum Cavid Hacıyev rəqqas imiş. Onun Azərbaycanın məşhur incəsənət xadimi Telman Hacıyevin nəvəsi olduğu bildirilir.
Anası isə Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !