• $ 1.7
  • € 1.9581
  • ₽ 0.020781
  • ₺ 0.0445
  • £ 2.2754

Cavid Kazımov: “Ermənilər sərgi təşkilatçılarını aldadıblar”

Cavid Kazımov: “Ermənilər sərgi təşkilatçılarını aldadıblar”
29.05.2020 04:24
“Biz əvvəlcədən “Fitur” sərgisinin təşkilatçılarına müraciət etmişdik, onlar bildirmişdilər ki, Dağlıq Qarabağın ayrıca stendi olmayacaq. Bu barədə erməni tərəfinin müraciət olub, amma təşkilatçılar bundan imtina ediblər. Lakin Ermənistan nümayəndələri özləri üçün stend alıblar və təşkilatçılara xəbər vermədən həmin stendin bir hissəsini Qarabağ adı ilə təqdim ediblər”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın İspaniyadakı səfirliyinin 1-ci katibi Cavid Kazımov deyib. Madriddə keçirilən turizm sərgisində Dağlıq Qarabağ stendinin nümayiş etdirilməsi haqda danışan diplomat bildirib ki, səfirlik hazırda həmin bölmənin yığışdırılmasına çalışır: “Dünən həm “Fitur”un direktoru, həm də sərgilərin təşkili ilə məşğul olan İFEMA şirkətinin prezidenti ilə görüş keçirdik, öz etirazlarımızı çatdırdıq. Onlar ermənilər tərəfindən aldadıldıqlarını və bunu aradan qaldırmaq üçün hüquqi yollar axtardıqlarını söylədilər. Bildirdilər ki, bundan sonra ermənilərlə müqavilə imzalanarkən sənədə müvafiq bir bənd oluna bilər ki, gələcəkdə bu cür hallar baş verməsin”. C. Kazımov əlavə edib ki, səfirlik İspaniya Xarici İşlər Nazirliyinə müraciət edib və qurum birbaşa Ermənistan səfirliyinə bununla bağlı Azərbaycanın etirazlarını çatdırıb. Onun sözlərinə görə, stend hələ də sərgidə qalır və yanvarın 25-də İspaniyadakı azərbaycanlı tələbələr stendin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. C. Kazımov hələlik bu məsələ ilə bağlı İspaniya XİN-ə verdikləri notaya cavab almadıqlarını deyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kaya Kallas Azərbaycana səfər edəcək
Siyasət 19:45
Kaya Kallas Azərbaycana səfər edəcək
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Siyasət 15:59
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Baş nazirdən qərar
Siyasət 13:57
Baş nazirdən qərar
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Siyasət 11:40
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Siyasət 21:37
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Siyasət 21:03
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Siyasət 20:55
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Siyasət 19:43
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol