"Azərbaycan Dəmir Yolları”nda bir sıra problemlər də mövcuddur. Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb”.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən geniş kollegiya iclasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
O, iclasda həmçinin dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
C.Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır: "Hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunur. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyətinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !