Cavidan Abdullayev haqqında təsirli paylaşım: O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim - FOTO

19:04 | 03.01.2020
Cavidan Abdullayev haqqında təsirli paylaşım: O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim - FOTO

Cavidan Abdullayev haqqında təsirli paylaşım: O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim - FOTO

2019-cu ilin dekabrın 31-i Ukraynın paytaxtı Kiyevdə yatıb, yuxudan oyanmayan azərbaycanlı gənc Cavidan Abdullayev dəfn edilib.
Axşam.az-ın məlumatına görə, aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı olan Cavidanın yanında aparıcı Seyran Əliyevanın da olduğu ortaya çıxıb.

Bu barədə aparıcı özü məlumat verib:

"Söz tapıb yaza bilmirəm. Son üç gündür yuxu yatmırıq. Sənə bu ölüm heç yaraşmır. Sən Allahın nə qədər sevimli bəndəsisən ki, ölümün belə gözəldir. O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim. Həyatımda sənin qədər abırlı, tərbiyəli, namuslu oğul hələ görməmişdim. İgid oğul, Allah sənə rəhmət etsin. Mələk qəlblimiz, ölüm haqqdır, amma sənə heç yaraşmadı”.


Qeyd edək ki, S.Əliyeva bayram günü etdiyi paylaşımda Yeni ili tək keçirəcəyini yazıb, daha sonra isə onun Pərvin Abıyeva və "Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova ilə çəkilən fotosu sosial mediada paylaşılıb.

Həmin gecə P.Abıyeva, S.Hüseynova, S.Əliyeva və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Kiyevdə yerləşən "CHI club Kiev”də keçiriblər. Cavidan isə bayram gecəsi vəfat edib. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Onu da bildirək ki, baş verən faciədən sonra Pərvin Abıyeva və rəfiqəsi Səmra Hüseynova sosial media hesablarını bağlayıblar.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM