Bu gün bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barədə yayılan yalan məlumatlarla bağlı aksiya keçiriləcək.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Qapanlı sakinləri kənddən köçmələri ilə bağlı yayılan xəbərlərə etiraz edəcəklər. Etiraz aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı gözlənilir. Etiraz aksiyasında sakinlər öz kəndlərindən heç bir yerə köçmədiklərini nümayiş etdirəcəklər.Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qalıb. Cəbhə xəttinə yaxın yerləşən kəndlərin əhalisi heç yerə köçürülməyiblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ötən gecə Tərtərin Qapanlı, Ağadamın Təzəkənd, Mirəsirli, Çıraqlı kəndlərində olmuşuq. "Heç bir köçürülmədən söhbət belə gedə bilməz. İnsanlar öz evlərindədirlər. Atışma gedən zaman onlar öz həyətlərindən atışmaya baxırdılar. Hazırda hər kəs öz işi ilə məğul olur”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !