Cəbhədə atışma: 3 uşaq anası güllələndi

Tovuzda ermənilər 3 uşaq anasını yaralayıbİyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub. Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















