Cəbhədə öldürülən erməni polkovnik-leytenant korpusun kəşfiyyat rəisi olub

18:00 | 30.05.2014
Cəbhədə öldürülən erməni polkovnik-leytenant korpusun kəşfiyyat rəisi olub

Cəbhədə öldürülən erməni polkovnik-leytenant korpusun kəşfiyyat rəisi olub

Mayın 25-də cəbhə xəttində öldürülmüş Ermənistan Ordusunun polkovnik-leytenantı Qarik Balayanın vəzifəsi məlum olub.APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, polkovnik-leytenant Qarik Balayan Qarabağdakı II Ordu Korpusunun kəşfiyyat rəisiymiş. Q. Balayan cəbhə xəttində keçirilən əməliyyata bilavasitə rəhbərlik edib. O, Azərbaycan hərbçilərinin həyata keçirdiyi preventiv tədbir nəticəsində məhv edilib. Qeyd edək ki, mayın 20-dən indiyədək cəbhənin müxtəlif istiqamətlərində erməni təxribat qrupunun hərəkətlərinin qarşısının alınması zamanı xeyli sayda erməni hərbçisi öldürülüb, 5-dən çox hərbçi isə yaralanıb. Hazırda ağır vəziyyətdə olan yaralı erməni hərbçiləri İrəvanda mərkəzi hospitaldadır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM