Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu

17:45 | 27.07.2019
Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu

Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. 


Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 


Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan "Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib. 


Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub. 


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM