Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi

10:55 | 29.05.2014
Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi

Cəbhədə vəziyyət gərgindir - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 60 dəfə pozulub. Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM