Cəbhədə vəziyyət gərginləşib

10:18 | 24.05.2014
Cəbhədə vəziyyət gərginləşib

Cəbhədə vəziyyət gərginləşib

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

 

Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM