Erməni komandir aldığı güllə yarasından hadisə yerindəcə ölübSon günlər cəbhədə Azərbaycan və Ermənistan əsgərləri arasında baş vermiş şiddətli döyüşlərin bəzi təfərrüatları məlum olub.ANS PRESS-in məlumatına görə, ötən gün hospitalda ölən erməni əsgəri Sarqis Movsisyan yaralanarkən tək olmayıb. Movsisyanın komandiri elə onun yanında açılan atəş nəticəsində yerindəcə ölüb. Komandirinin öldüyünü görən əsgər gizlənməyə çalışarkən o da güllə yarası alıb. Komandirinin cəsədi isə vurulduğu yerdə qalıb. Cəsədin hadisə yerindən hələlik götürülmədiyi ehtimal olunur.Saqris Movsisyanın həkiminin sözlərinə görə, güllə onun onurğasından dəyib.Qeyd edək ki, son günlər erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərinə basqın edib. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən geri çəkilib. Diversiya hücumunun qarşısı alınıb.
Ermənilərin xeyli itki verdiyi, lakin bunu gizlədildiyi bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !