Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, sözügedən meydanda "fast food" yeməkləri satan iki səyyar obyektdən biri götürülüb, digəri isə bağlıdır. Xırda alverlə məşğul olan səyyar ticarətçilər də yoxdur.
Ticarət obyektlərinin bağlanma səbəbi kimi Bakı Nəqliyyat Agentliyi (BNA) burada Nəqliyyat Mübadilə Mərkəzini yaratmağı planlaşdırması olduğu qeyd edilib.
Mövzu ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Bizimyol.info-ya bildirib ki, "28 May” metrostansiyasının yaxınlığında Nəqliyyat Mübadilə Mərkəzinin inşaası planlaşdırılır: "Amma hazırda orada aparılan işlərin BNA-ya aidiyyatı yoxdur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !