Məşhur aktyor Ceki Çan Çində narkotik üstündə tutulan oğluna görə üzr istəyib.
Axar.az Ria Novosti-yə istinadən xəbər verir ki, Ceki Çan verdiyi açıqlamasında oğlu Ceysiyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü deyib.
“Mən öz oğlumu tərbiyə edə bilmədim və buna görə məsuliyyəti öz üzərimə götürürəm. Mən və Ceysi buna görə ictimaiyyətdən üzr istəyirik”, - aktyor bildirib.
Çan bildirib ki, oğlunun həbs xəbərini eşidəndə şoka düşüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Çin polisi Ceysi Çan və tailandlı aktyor Fan Çszumini həbs etmişdi. Ceysinin evində aparılan axtarış zamanı 100 qram marixuana aşkar olunaraq götürülmüşdü. İndi Ceysini 3 ilə qədər həbs cəzası gözləyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !