Cəlal Əliyevə mükafat verildi

21:20 | 18.04.2014
Cəlal Əliyevə mükafat verildi

Cəlal Əliyevə mükafat verildi

Milli Elmlər Akademiyasının 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər. Aprelin 18-də mükafatlar sahiblərinə təqdim edilib.

 Teleqraf.com mükafat alan şəxslərin siyahısını təqdim edir:  akademik Çingiz Qacar - fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafatı;akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova - kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafat;akademik Ömər Eldarov - Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafat;akademik Böyükkişi Ağayev - səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına mükafat;akademik Məhərrəm Məmmədyarov - xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kim¬ya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına mükafat;geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov - geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafat.Alimlərə adlı mükafatlarla yanaşı diplom və beş min manat həcmində pul mükafatı da təqdim olunub.ANNET.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM