Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

13:21 | 19.01.2019
Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək.
 
Bu barədə Modern.az-a institutun direktor müavini Aygün Bağırova məlumat verib. O qeyd edib ki, həftə çərçivəsində institut mütəxəssisləri məktəblilərlə görüşəcək və C.Məmmədquluzadənin əsərləri təqdim ediləcək:
 
"Onun əsərləri özbək dilinə tərcümə edilərək, İsa Arifbəylinin ön sözü ilə çap olunacaq. Daha sonra uşaqlar üçün olan əsərləri toplanıb, mənim ön sözümlə nəşr ediləcək. Eyni zamanda institutda Cəlil Məmmədquluzadə ilə bağlı dəyirmi masa və konfransın keçirilməsi nəzərdə tutulub. Hər il Cəlil Məmmədquluzadənin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur. Ötən il gürcü dilinə, bu il idə özbək dilini tərcümə edildib".
 
A. Bağırova hər zaman mübahisələrə səbəb olan Cəlil Məmmədquluzadənin dini görüşləri haqqında da danışıb: "Düzdür, onun haqqında "ateist" sözü belə deyilib, amma Mirzə Cəlil dinə yox, onu məhv edən xurafata qarşı çıxırdı".
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb