Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib. ANS PRESS-in məlumatına görə, rayonun Məhəmməd Hadi küçəsində yaşayan Musa Məmmədovun şəxsi təssərrüfatındakı qoyunlardan biri ikibaşlı quzu doğub. Təsərrüfat sahibinin sözlərinə görə, qoyunun doğacağın bilib səhər saatlarında tövləyə getdikdə heyvanının doğmasında çətinlik çəkdiyini görüb.Elə bu zaman qoyunun çətinliklə doğduğu quzunun iki başı olduğunun şahidi olub. İki başlı heyvan doğulduğdan bir neçə dəqiqə sonra ölüb. Mütəxəsislərin fikrincə, bu kimi halların baş verməsi heyvanın mayalanması zamanı əmələ gəlmiş pataloji əlamətlərdəndir. Anormal doğulan heyvanların əksəriyyəti heç də uzun yaşamır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !