Cəlilabadda "QAZel" yanıb

22:00 | 14.12.2019
Cəlilabadda

Cəlilabadda "QAZel" yanıb

Cəlilabad rayonunda yanğın olub. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Bəcirəvan kəndində həyətyanı sahəyə yığılan 750 kq ot bağlamasının 350 kiloqramı və yaxınlıqda dayanan "QAZel” markalı yük avtomobilinin banının örtüyü yanıb.

Yüksək temperaturdan avtomobilin kabinəsinin şüşəsi əriyib. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM